Əlaqə Arxiv
news Image
2021.01.08
11:50
| A A A
Masallı rayonunda tütün yığımı başa çatıb

 

Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması Masallı  fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub. Rayonda gəlirli istehsal sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. Belə ki, keçən il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 16 hektar artırılaraq 51 hektara çatdırılıb.

Masallı Rayon Statistika İdarəsindən redaksiyamızın poçtuna daxil olan məlumata görə,  rayonun təsərrüfatlarında tütün yığımı başa çatıb. Sahibkarlar mövsümün əvvəlindən bu günədək emal məntəqələrinə 87.1 ton tütün təhvil veriblər. 2019-cu ildə Masallılı fermerləri 35 hektar sahədən 57.2 ton quru tütün əldə etmişdilər.

Sizin Reklam Yeriniz