Əlaqə Arxiv
news Image
2021.01.22
15:19
| A A A
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
"Ford Motor" şirkəti ABŞ-da 2,7 milyon avtomobili geri çağırıb. Qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədar verilib. Qeyd olunur ki, təhlükəsizlik yastıqları partlaya və ətrafa xırda metal hissəciklər yaya bilər. Geri çağırılma 2006-2012-ci illərdə istehsal olunmuş "Ranger", "Fusion", "Edge", "Lincoln Zephyr/MKZ", "Mercury Milan" və "Lincoln MKX" modellərinə şamil olunub. Avtomobillərdə təhlükəsizlik yastıqlarındakı qüsurlar nəticəsində bütün dünyada 400-dək xəsarət, 27 ölüm, o cümlədən ABŞ-da 18 ölüm halı qeydə alınıb.
Sizin Reklam Yeriniz