Əlaqə Arxiv
news Image
2021.03.01
19:50
| A A A
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

2021-ci ilin yanvarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 215,877 milyon dollar təşkil edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 65,411 milyon dollar çoxdur.

Movqe.az-ın m\lumatına görə, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2021-ci ilin yanvarında Türkiyədən Azərbaycana ixrac 166,057 milyon dollar, Azərbaycandan idxal isə 49,82 milyon dollara bərabər olub. Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib.

İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.

Sizin Reklam Yeriniz