Əlaqə Arxiv
news Image
2021.03.04
18:32
| A A A
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcəklər

 

Mart ayının 3-də Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Ərzaq Təminatı naziri xanım Tereza Cristina ilə görüş keçirmişdir. Bu barədə səfirlikdən Movqe.az-a daxil olan məlumatda bildirilir.

Görüş zamanı səfir, ölkəmizdə qeyd olunan sahədə aparılan islahatlar, yeni texnologiyaların istifadəsi, əkinçilik və heyvandarlıqla məşğul olan insanlar üçün daha əlverişli imkanların yaradılması haqqında həmsöhbətə məlumat vermişdir. Kənd təsərrüfatına ölkə rəhbərliyimiz tərəfindən xüsusi diqqətin verilməsi qeyd olunaraq, Braziliya şirkətlərinin də Azərbaycana investisiyalının cəlb olunması mümkün və vacib hesab edilmişdir. 44 günlük Vətən müharibənin nəticələrindən danışan Səfir E.Poluxov, işğaldan azad olunan torpaqlarda, kənd təsərrüfatı üçün böyük ərazilər və infrastrukturun mövcudluğunu diqqətə çatdırmışdır. İkitərəfli əməkdaşlıq üçün kifayət qədər imkanlardan istifadə etmək, gələcəkdə birgə layihələrin həyata keçirmək məqsədi ilə, kənd təsərrüfatı nazirliklər arasında hazırlanan “Anlaşma Memorandomu” nun imzalanmasının vacibliyi bildirilmişdir.

Öz növbəsində xanım T.Cristina verilən məlumatlara görə qonağa təşəkkürünü bildirib, rəhbərlik etdiyi sahə üzrə ölkəmiz ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır. Artıq regionumuza xeyli müddət bundan əvvəl səfərinin planlaşdırdığını deyən nazir, pandemiya səbəbindən sözügedən səfərin həyata keçirə bilmədiyini təəssüf ilə qeyd etmişdir. Ölkəmizlə kənd təsərrüfat sahəsində bilik və təcrübə ilə bölüşməyə hazır olduqlarını deyən nazir, əlaqələrin intensivlədirməsinin vacibliyini vurğulamışdı. Sonda əməkdaşlığa dair mümkün perspektivlər barədə fikir mübadiləsi aparılmışdır.

Qeyd olunasıdır ki, Braziliya Latın Amerikasının kənd təsərrüfatı sahəsində ən böyük istehsalçıdır və bir neçə məhsul üzrə dünyanın aparıcı ölkəsidir.

Sizin Reklam Yeriniz