Əlaqə Arxiv
news Image
2013.09.06
14:08
| A A A
Azərbaycan Dövlət Neft Fondu qızıl ehtiyatlarını 30 tona çatdıracaq

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatlarının həcmi 2013-cü ilin sonuna kimi 30 tona çatdırılacaq.


"APA-Economics"in xəbərinə görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

 Onun sözlərinə görə, indiyədək Fond tərəfindən 25 ton qızıl alınıb və ilin sonunadək daha 5 ton qızılın alınması nəzərdə tutulur.

Ş.Mövsümov deyib ki, qızılın baha olması fonunda Fond tərəfindən qızıla investisiya yatırılması fikri düzgün deyil: "Qızıla investisiyalar strateji xarakter daşıyır. Qızılın qiymətinin dəyişkənliyi Fondu narahat etmir, çünki bu daimi prosesdir. Hazırda hökumətlə birlikdə qızılın alışının davam etdirilməsi barədə müzakirələr gedir".

Sizin Reklam Yeriniz