Əlaqə Arxiv
news Image
2021.03.25
11:30
| A A A
TAP ildə 1 milyard kubmetr hidrogen nəql edə biləcək

Gələcəkdə Trans-Adriatik boru kəməri (TAP) kimi xətlər vasitəsilə təbii qazla qarışdırılmış 10 faiz hidrogen nəql etmək mümkün olacaq.

Movqe.az Trend-ə istinadla bildirir ki, bunu TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.

Onun sözlərinə görə, bu, TAP-ın ildə 1 milyard kubmetr hidrogen tədarük edə biləcəyini ifadə edir. Bununla bağlı texniki-iqtisadi əsaslandırma işləri tezliklə başlayacaq.

L.Skyeppati əlavə edib ki, TAP vasitəsilə nəql olunan qaz Aİ-nin yeni təhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli enerji mənbəsi ilə təmin olunmasına vacib rol oynayır.

Qeyd edək ki, TAP vasitəsilə 2020-ci ilin dekabrında nəqlin başlamasından sonra bu günədək 1 milyard kubmetr qaz tədarük olunub.

Sizin Reklam Yeriniz