Əlaqə Arxiv
news Image
2021.04.22
19:45
| A A A
Qazaxıstan Prezidenti “Kaşaqan” yatağı barədə göstəriş verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizindəki “Kaşaqan” yatağının cari ilin sonunadək tammiqyaslı inkişaf planının təsdiqləməsi barədə göstəriş verib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, istehsal olunan neft həcmini ildə 15 milyon ton artırmaq mümkündür. Nəticədə iş yerləri açılacaq, yerli xidmət şirkətləri, kiçik və orta sahibkarlar üçün geniş imkanlar yaradılacaq.

Prezident bildirib ki, bölgə iqtisadiyyatının inkişafı üçün böyük gözləntilər neft və qaz kimyası ilə əlaqələndirilir ki, bu da regionun və bütün ölkənin gələcək iqtisadiyyatının təməlidir.

Sizin Reklam Yeriniz