Əlaqə Arxiv
news Image
2021.04.23
17:09
| A A A
Nərimanov rayonunda Şahmar Ələkbərov küçəsi təmir olunur

Nərimanov rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Şahmar Ələkbərov küçəsi idi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən burda əsaslı təmir işləri icra olunur.

AAYDA-dan Movqe.az-a bildirirlib ki, uzunluğu 800 metr təşkil edən küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq 2021-ci ilin İnvestisiya Proqramında təmiri nəzərdə tutulan 15-dən artıq küçədə təmir işlərinin aparılması nəzərdə tutulub.

Sizin Reklam Yeriniz