Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 km uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir olunur. AAYDA-dan verilən məlumata görə, uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan küçənin yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi. Bu isə xüsusən payız-qış mövsümündə rahat hərəkətdə problemlərə gətirib çıxarırdı.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçə profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kv.m təşkil edir.