Əlaqə Arxiv
news Image
2021.05.07
13:21
| A A A
Bakıda neft hasilatı azalıb, əmtəəlik təbii qaz istehsalı isə artıb

Yanvar-mart aylarında paytaxtın mədənçıxarma sektorunda neft hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 12 faiz artıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, birinci rübdə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 8,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 77,6 faizi mədənçıxarma sektorunda, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Sizin Reklam Yeriniz