Əlaqə Arxiv
news Image
2021.05.07
15:37
| A A A
Suraxanı rayonunda 18.5 km olan qəsəbədaxili küçə və yolda təmir işləri aparılır

İnvestisiya Proqramına uyğun olaraq sözügedən Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində  ümumi uzunluğu 4.3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur ki, bu istiqamətdə artıq işlərə start verilib.

İlk olaraq qəsəbənin 1000 metr uzunluğa malik Cəlal Qurbanov küçəsində bərpa işlərinə başlanılıb.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

İnvestisiya proqramına uyğun olaraq anoloji təmir işləri rayonun Hövsan qəsəbəsində Oktay Şabanov küçəsində aparılır. Uzunluğu 2000, ortalama eni 6 metr olan küçənin artıq 1350 metr hissəsində təmir yekunlaşıb. 

Qısa zaman ərzində hər birində 1.5 km olmaqla qəsəbənin Bahar və Bağlar yaşayış massivlərində, həmçinin Südçülük sovxozu adlanan ərazisində, bundan başqa ümumi uzunluğu 7.7 km olan qəsəbədaxili küçə və məhəllədaxili hissələrdə də agentlik tərəfindən təmir-bərpa işlərinə başlanacaq.

Hövsan qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14.2 km təşkil edir.  

Sizin Reklam Yeriniz