Əlaqə Arxiv
news Image
2021.05.16
13:51
| A A A
Masallıda sahələr çəltik əkini üçün hazırlanır

Cari təsərrüfat ilində Masallı rayonunda 260 hektar sahədə çəltik əkini planlaşdırılır.

Masallı DAİM-in rəisi Seymur Nuriyevdən redaksiyamıza verdiyi məlumatda bildirilir kİ, indi çəltik əkiləcək bir sıra ərazilərdə əkin yerlərinin-ləklərin hazırlanmasına başlanılmışdır. Artıq sahələrdən 100 hektara yaxını əkinə hazırlanmışdır. Hər gün torpaq hamarlanır, ləklər qurulur, toxum cücərdilir.

Bu il Masallı rayonunda ən məhsuldar “Apollo”, “Haşimi”, “Okean”, «Sədri» və «Şirudi» çəltik növləri yetişdiriləcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına dair respublika müşavirəsində  həmin sahələrin inkişafı yönündə konkret addımlar müəyyənləşdirilib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Ölkəmiz üçün ənənəvi olan sahələr dirçəldilir, yeni sahələr yaradılır. Bir sözlə, ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə böyük nəticələr əldə edilib, minlərlə yeni iş yeri yaradılıb. Vaxtilə istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir və keyfiyyətli məhsullarımız dünya bazarlarına çıxarılır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük.
Ölkə Prezidenti cənab İlham Əliyevin çayçılıq, çəltikçilik və sitrus meyvələrinin inkşafı ilə əlaqədar bir neçə il bundan qabaq Lənkəranda keçirilən müşavirədəki göstəriş və tövsiyələri Masallıda bu şahələrdə uğurlu başlanğıcın təməlini qoymuşdur.
Rayonda çəltikçiliyə önəm verilməsi ilbəil yaxşılaşır. Odur ki, yeni mövsümdə ərazilərdə 260 hektar sahədə çəltik əkilməsi planlaşdırılıb.
Qeyd etmək yerinə düşər ki, ənənəvi əkin sahəsi hesab olunan çəltik əkinləri ötən il-2020-ci ildə 253,9 hektar olmuşdur. Masallı fermerləri çəltik sahələrindən ümumilikdə 868 ton məhsul yığmağa müvəffəq olmuş, hər hektardan orta hesabla məhsuldarlıq 34,2 sentnerə çatdırılmışdır. 

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz