Əlaqə Arxiv
news Image
2021.06.30
18:14
| A A A
Masallı şəhərində küçələr asfaltlaşdırılır

Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin də inkişafına səbəb olur. Bu məqsədlə Masallı şəhərində böyük miqyasda abadlıq-quruculuq işlərinə start verilib.
Ötən il Masallı şəhərinin 18 küçəsinə asfalt döşənib. Cari ildə də bu işlər uğurla davam etdirilir. Bu il Masallı şəhərinin 22 küçəsində asfalt-beton təmiri işləri nəzərdə tutulub.
Bir neçə gündür ki, işlərə start verilib. Belə ki, ümumi uzunluğu 9 kilometrə yaxın olan 22 küçəyə 38000 kvadratmetr asfalt döşənəcəkdir. Artıq uzunluğu Xətai, Əhməd Rəcəbli, N.Gəncəvi, Həsən Əliyev, Abbas Səhhət və Aşıq Alı küçələrinə, Heydər Əliyev prospekti istiqamətində bir sıra döngələrin asfaltlanması başa çatydırılıb.  
İyunun 30-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov pandemiya dövrünün qaydalarına əməl etməklə 8 küçəyə baxmış, burada gedən abadlıq-quruculuq işləri ilə yerində tanış olmuşdur.
İcra başçısı inşaatçılara iş zamanı insanların və maşınların hərəkətinə maksimum mane olmamaq barədə müfaviq göstərişlər verib.
Masallıda nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşlarına Masallı şəhər İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi-mühəndis Mahir Ağayev və «Birlik 3 A» yol şirkətinin baş mühəndisi Mübariz Cəbiyev məlumat veriblər ki, ötən il Masallıda 34.867 kvadratmetr, cari ilin birinci yarımilində 20-yə yaxın küçəni əhatə edən 37.993 kvadratmetr yol səliqəyə salınıb, asfalt döşənib.
Maraqlıdır ki, Masallı şəhərində küçələrin asfaltlanmasını təcrübəli sahibkar Xudayar Rəhimovun başçılıq etdiyi asfalt zavodunun kollektivi yerinə yetirir. İcra başçısı ilə görüş zamanı yerli sahibkar Qadir Zeynalov yeni təşəbbüs göstərərək, təzə asfalt yolunun bir hissəsinin axşam işıqları ilə quraşdırılmasına söz verib.

Küçələri abadlaşmış sakinlərdən Mahir Nuriyev, Yaşar Abdullazadə, Rahib Abıyev, Natıq  Fərəcov, Hacı Əlisa Soltanov, Renad  Nuriyev və başqaları abadlıq işlərinə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz