Əlaqə Arxiv
news Image
2021.10.14
14:30
| A A A
16 oktyabr “Ümumdünya Qida Günü”nə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində(ADAU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı(FAO) və Kənd Təsərrüfatı Nazirliyi(KTN) yanında Aqrar Kredit vəİnkişaf Agentliyi(AKİA) ilə birgə 16 oktyabr “Ümumdünya Qida Günü”nə həsr olunmuş “Qlobal ərzaq təlükəsizliyində aqrar təhsilin vətəlimin rolunun gücləndirilməsi” mövzunda tədbir təşkil olunub.

Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu günün əsas məqsədi dünyada aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanlara, ərzaq itkisi və tullantısının azaldılmasına dair qlobal maarifləndirmənin aparılması və hər kəs üçün sağlam qidalanmanın təmin edilməsinin  vacibliyini vurğulamaqdır.

Aqrar Kredit və İnkişaf Agentliyinin Beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq sektorunun müdiri Teymur Nağıbəyli AKİA tərəfindən icra olunan “Aqrar MəşğulluğunArtırılması-AMAL” və “Qadınların iqtisadi gücününüartırılması-WEP” layihələri, FAO-nun Azərbaycan Ofisinin Əməliyyatlar üzrə mütəxəssisiElməddin NamazovFAO-Azərbaycan tərəfdaşlıq proqramı çərçivəsındə icraolunan layihələr barədə, Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar Departamentinin rəhbəri Pərviz Əliyev “Dayanıqlı ərzaq sistemləri”, Türkiyə Cümhuriyyəti Ege Universitetinin professoru İsmail Türkan “Post-genom dövründə bitki biologiyasının inkişafı”, ADAU-nun Bağçılıq kafedrasının dosenti Abbas İsmayılov “Biomüxtəlifliyin qorunmasının qida təhlükəsizliyində rolu” mövzusunda çıxışlar ediblər.

Sonra tələbələri maraqlandıran sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Həmçinin, tədbirdə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq vəƏlaqələndirmə Ofisinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit vəİnkişaf Agentliyinin və Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universitetinin, o cümlədən Ege Universitetindən dəvət olunmuş bir qrup müəllimlər, iş adamları və tələbələr iştirak ediblər.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz