Əlaqə Arxiv
news Image
2013.09.11
20:05
| A A A
Kağız pul əvəzinə plastik pul?

Movqe.Az xəbər verir ki, İngiltərə Mərkəzi Bankının 2016-cı ildən etibarən kağız pul əvəzinə plastik pul hazırlayacağı açıqlanıb. Banka görə plastik banknotlar kağız bankotlara görə təmizlik baxımından daha ideal, daha etibarlı və paltaryuyan maşınında yuyulanda belə xarab olmur. Bankın üç ildir bu plastik banknotlar üzərində çalışdığı bildirilir. Plastik pul planının reallaşması vəziyyətində əvvəl 5 sterlinqlik pulların hazırlanması gözlənilir. Bank, gələn iki ay müddətində İngiltərə səviyyəsində cəmiyyətin plastik banknotlara necə yaxınlaşmasıyla əlaqədar bir araşdırma edəndən sonra noyabr ayında son qərarını açıqlayacaq. İlk dəfə 1998-ci ildə Avstraliya bu pulları istifadə etməyə başlayıb. Plastik pullar dünya səviyyəsində aralarında Yeni Zelandiya, Meksika və Singapurun da olduğu 20 ölkədə istifadə edilir.


Sizin Reklam Yeriniz