Əlaqə Arxiv
news Image
2022.05.21
22:16
| A A A
Azərbaycan-Litva iqtisadi əlaqələri genişlənir


Hər iki ölkənin rəsmiləri ilə yanaşı, İKT, qida sənayesi, kənd təsərrüfatı, tikinti,
təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes-
forumda Azərbaycan-Litva iqtisadi əməkdaşlığı, dövlət başçılarının biznes-forumda
iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin
göstəricisi olduğunu göstərir.
 İki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub,
keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və
genişlənməsinə stimul verəcək. Bununla yanaşı, “Şərq Tərəfdaşlığı” təşəbbüsü,
Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında İkitərəfli
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələrimizin genişlənməsində, müxtəlif
sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platformalardır.
Tədbirdə, həmçinin Azərbaycanın əlverişli biznes və investisiya mühiti,
güzəştlərin tətbiq edildiyi sənaye parkları, aqroparklar barədə məlumat verilib.
Vurğulanıb ki, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə
tərəfdaşlığın inkişafına şərait yaradır. Belə ki, “yaşıl” iqtisadiyyatın genişləndirilməsi və
işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük
perspektivlər var. “Aİ Biznes Mühiti Hesabatı 2021” hesabatına əsasən, Azərbaycanda
təmsil olunan Avropa İttifaqı ölkələri şirkətlərinin 80 faizinin iqtisadi fəaliyyət üçün
yenidən ölkəmizi seçmək, 53 faizinin isə Azərbaycanda biznes fəaliyyətini
genişləndirmək niyyətini vurğulayan iqtisadiyyat naziri Litva iş adamlarını ölkəmizdə
yaradılmış biznes mühitindən yararlanaraq fəal əməkdaşlığa dəvət edib.
Litvanın iqtisadiyyat və innovasiya nazirinin müavini xanım Jovita Neliupşiene
ölkəsinin Azərbaycanla tərəfdaşlığa önəm verdiyini qeyd edib, iqtisadi əlaqələrin inkişafı
potensialı barədə fikirlərini bölüşüb. Azərbaycanda “yaşıl” iqtisadiyyata keçid
istiqamətində görülən işləri vurğulayan nazir müavini bu sahədə əməkdaşlığın qarşılıqlı
fayda verəcəyinə əminliyini ifadə edib. Qeyd olunub ki, enerji, İKT, turizm, nəqliyyat və
digər sahələrdə də tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır.
Sonra Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
– AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Litva Prezidentinin müşaviri Vaidas
Auqustinavicius biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.
Biznes-forum iş adamları arasında ikitərəfli görüşlərin olması üçün ən gözəl şəraitlərdən
biridir.
Müşfiq Qurbanov

Masallı rayon Çaxırlı kəndi

Sizin Reklam Yeriniz