Əlaqə Arxiv
news Image
2013.10.02
17:20
| A A A
İstehlak kreditləri daha böyük problemə çevriləməyə başalayır
Vüqar Bayramov: «Verilən kreditlərin faiz dərəcəsi yüksək olduğu üçün istehlak kreditinin qaytarılması ilə bağlı problemin dərinləşməsi ehtimalı var»

Azər Mehtiyev: "Dünyanın heç bir yerində kommersiya bankları istehlak kreditlərinin verilməsində bu qədər yaxından iştirak etmirlər"


Ölkədə istehlak kreditlərinin həcminin artması əvvəlki kimi narahatlıqla qarışlanır. Edilən xəbərdarlıqlaar baxmayaraq, araşdırmalar hələ də bu qəbildən olan kreditlərin həcminin artan xətt üzrə inkişaf etdiyini göstərir. Bu isə əhalinin banklara daha çox borclanması deməkdir. Vəziyyətdən çıxış yolu kimi bu qəbildən olan kreditlərin faiz dərəcələrinin inzibati amillər hesabına belə aşağı salınması təklifləri də gündəmə gəlməkdədir.   İqtisadçı-ekspertlər Mövqe.az-a bu artımın səbəbləri və Azərbaycan üçün yarada biləcəyi təhlükələr haqda danışıblar.

İqtisadçı-ekspert Vüqar Bayramov saytımıza verdiyi açıqlamada istehlak kreditlərinin artımına səbəb kimi, banklarda kreditlərin verilmə prosedurlarının həddindən artıq sadələşməsini göstərib: "İstehlak kreditlərinin artımı birmənalı şəkildə banklarda əhaliyə verilən pulların qaytarılması riskinin də artmasına gətirib çıxarır. Ümumiyyətlə, hər bir ölkədə istehlak kreditləri digər kredit növlərinə nisbətən daha riskli hesab olunur. Belə ki, istehlak kreditinin qaytarılması ilə bağlı digər kredit növlərindən daha çox problem yaranır. Azərbaycanda istehlak kreditlərinin artım tempi son bir ildə 35 %-ə yaxındır. Bu, əvvəlki illərə nisbətən təxminən 5%-ə qədər artım deməkdir. İstehlak kreditinin artmasına səbəb kreditlərin verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, daha asan yolla  həyata keçirilməsidir. Bu gün banklarda istehlak krediti almaq üçün müraciət edən şəxslərin verilən pulu ödəmə qabiliyyəti olub olmadığını yoxlamadan, yalnız şəxsiyyət vəsiqəsi ilə kredit verirlər. Ona görə də, istehlak kreditlərinin sayı gündən-günə artır. Bu baxımdan, istehlak kreditlərinin qaytarılması ilə bağlı təhlükələr də artır. Bu cəhətdən yüksək həcmdə kreditlərinin verilməsi narahatlıq doğurur. Nəzərə alınmalıdır ki, istehlak kreditlərinin verilməsi ilə yanaşı, kreditlərin faiz dərəcələri də yüksəkdir. Verilən kreditlərin faiz dərəcəsi yüksək olduğu üçün istehlak kreditinin qaytarılması ilə bağlı problemin dərinləşməsi ehtimalı var".

Ekspert problemin həlli yolunu isə belə izah edib: "Ona görə də, birmənalı şəkildə, istehlak kreditlərinin verilməsi prosedurlarının möhkəmlənməsinə və kreditlərin faiz dərəcəsinin düşməsinə ehtiyac var. Bu yolla sözügedən kredit növünün artımının qarşısını almaq mümkündür və beləliklə, Azərbaycan bank sektorunu gözlənilən təhlükədən xilas etmək olar".

İqtisadçı-ekspert Azər Mehtiyev də mövzu ilə əlaqədar Mövqe.az-a açıqlama verib: "Dünyanın heç bir yerində kommersiya bankları istehlak kreditlərinin verilməsində bu qədər yaxından iştirak etmirlər. Yəni, ölkələrin  bank sistemlərində yalnız kommersiya bankları deyil, daha çox digər bank olmayan kredit təşkilatları və yaxud kooperativ banklar, ixtisaslaşmış ayrı-ayrı banklar olur ki, əhali ilə geniş şəkildə onlar məşğul olurlar. Azərbaycanda bank siteminə diqqət yetirilsə, bütün kreditlərin artıq 35-40 %-ə qədərini istehlak kreditləri təşkil edir. Və istehlak kreditlərinin də böyük əksəriyyətinin predmetini əslində, xırda məişət texnikası, mebel, elektron avadanlıqlar və s. təşkil edir.  Bu, əslində, əhalinin cari ehtiyaclarını qarşılayan istehlak kreditləridir. Və bu da, təbii ki, yüksək xərclər tələb edir. Ona görə də, onların əlavə  faiz dərəcəsi də yüksək olur. Ancaq bank sistemlərinin daha çox uzunmüddətli  kreditləşdirməyə diqqət yteirməsi lazımdır. 

Hazırda istehlak kreditlərinin artması bank sisteminin dəyişdiyini göstərir. Təbii ki, istehlak kreditlərinin bu qədər geniş artması eyni zamanda əhalinin gəlir səviyyəsində hər hansı dəyişiklik, xüsusilə qimətlərin artması və ya inflyasiya zamanı əhalinin gəlirinin azalması nəticəsində həmin kreditlərin ödənməsinin çətinləşməsinə və bir çox hallarda ödənişlər həyata keçirilmədikdə girov kimi qoyulmuş məhsulların dəyərsizləşməsinə  gətirib çıxarır. Bu da bankların ödəniş qabiliyyətini azaldır".  


Sizin Reklam Yeriniz