Əlaqə Arxiv
news Image
2013.10.03
12:38
| A A A
"Bakı-Tbilisi-Qars Avropanı Asiya ilə birləşdirən layihə olacaq"

Dövlət başçısı İlham Əliyev Azərbaycanın artıq tranzit ölkə kimi əvəzolunmaz ölkəyə çevrildiyini deyib.

Azərbaycan  "Son on ildə 30-dan çox yeni təyyarə, 20-yə yaxın helikopter alınıb". Bu da həm biznes, həm neft-qaz əməliyyatlarının aparılması üçün çox lazım olan sahədir. Ümumiyyətlə, gələcəkdə helikopter hava nəqliyyatı hesab edirəm ki, Azərbaycanda daha da geniş şəkildə yayılacaq". Bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak edən prezident İlham Əliyev deyib. 


Prezident bildirib ki, nəqliyyat sektoruna aid olan bütün başqa sahələrdə yaxşı nəticələr var. "Biz böyük infrastruktur layihələri icra edirik. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla davam edir. Bu layihə qitələri birləşdirən, Avropanı Asiya ilə birləşdirən layihə olacaq. Bu yaxınlarda Bakıda yeni gəmiqayırma zavodunun tikintisi də nəqliyyat infrastrukturuna verilən böyük bir dəstək olacaq. Biz artıq özümüz bütün növ gəmiləri istehsal edəcəyik. Yəni, Azərbaycan və Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilib". 


Dövlət başçısı qeyd edib ki, Azərbaycanda yük daşımaları artır və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını genişləndirir. Azərbaycanda fəaliyyət göstərən şirkətlər, həmçinin karqo-aviasiyada da ön plandadırlar. Azərbaycan artıq tranzit ölkə kimi əvəzolunmaz ölkəyə çevrilib.


"Bu, bizim böyük üstünlüyümüzdür. Əlbəttə, bu sahənin inkişafı gələcəkdə bizə böyük mənfəət gətirəcək. Bu gün investisiyalar böyük ölçülərlə qoyulur. Bu, belə də lazımdır. İnfrastruktura qoyulan investisiyalar ölkənin inkişafını şərtləndirir. Ancaq əlbəttə ki, infrastrukturun yaradılması ilə bərabər bu investisiyalar qayıdacaq".


Sizin Reklam Yeriniz