Əlaqə Arxiv
news Image
2013.10.08
13:28
| A A A
Azərbaycan gələn il sosial ipotekaya 40 mln. manat ayıracaq

Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsində ölkədə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 40 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur.


Movqe.az-ın "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, bu, "Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı"nda deyilir.

 

Qeyd edək ki, gələn il ayrılması planlaşdırılan vəsaitlərin həcmi 2013-cü il üçün ayrılması nəzərdə tutulan vəsaitlərin həcminə bərabərdir.

 

Təqdimata əsasən, fəaliyyətə başladığı dövrdən (2014-cü il nəzərə alınmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Azərbaycan İpoteka Fondunda 216 mln. manat həcmində vəsait ehtiyatı yaranacaq.

 


Sizin Reklam Yeriniz