Əlaqə Arxiv
news Image
2013.10.08
23:19
| A A A
Bu da yeni 100 dollarlıq banknotlar

Movqe.Az xəbər verir ki, ABŞ-da yeni 100 dollarlıq banknotlar, təxminən 2.5 illik gecikmədən sonra bazara təqdim edilib. ABŞ-da yeni 100 dollarlıq banknotlar, bu gün tədavülə girib. Qabartma texnikasıyla basılan yeni kağız pullar əldə tutulduğu zaman üzərindəki yazılar barmaqla hiss edilə bilir. Banknotun ortasında əvvəllər də olduğu kimi yenə ABŞ-ın qurucularından Benjamin Franklinin portreti yerləşir, portretin sağında kəsik mavi bir xətt gözə dəyir. Pulun içinə tikilən bu xəttin üzərindəki "100" sayı , kağız hərəkət edilən zaman ABŞ-ın simvollarından olan "azadlıq zənginə" çevrilir. Təhlükəsizlik tədbirlərindən biri olan 100 sayı , pul hərəkət edilən zaman yaşıl rəng alır.100 dollarlıq banknotdakı başqa yenilik isə mürəkkəb qabının elə üstündəcə yerləşən quş tükü qələm fiqurudur . Bu fiqurun , ABŞ-ın qurucularının Müstəqillik Bəyannaməsini imzalayarkən istifadə etdiyi qələmi təmsil etdiyi deyilib. Texniki axsaqlıqlar səbəbiylə 100 dollarlıq banknotlar 2.5 ildir bazara çıxarılmamışdı.

Sizin Reklam Yeriniz