Əlaqə Arxiv
news Image
2013.10.18
18:13
| A A A
Bu banka fırıldaqçılıq cəriməsi verilib

Movqe.Az xəbər verir ki, ABŞ-da, qiymətli kağızlar fırıldaqçılığın sahəsindəki ən yüksək cəzanın HSBC bankına verildiyi bildirilib. Investorları təmsil edən Robbins Geller Rudman və Dowd hüquq firmasının şərhinə görə, Federal Region hakimi Ronald Guzman, ABŞ-ın Çikaqo şəhərində, ev mövzusunda borc pul verən'' Household International'' adlı bir maliyyə təşkilatının açdığı qiymətli kağızlar sinif iddiasında son qərarını verib. İngilis mərkəzli HSBC bankı, 2,46 milyard dollarlıq'' fırıldaqçılıq'' cəzası alıb. HSBC bankı 2002-ci ildə, kredit tarixi yaxşı olmayan müştərilər üçün'' tutsat'' krediti verən bir quruluş olan'' Household International'' firmasını almaq üçün müqavilə imzalamışdı. HSBC bankından edilən şərhdə isə iddianın nəticəsinə etiraz ediləcəyi deyilib.

Sizin Reklam Yeriniz