Əlaqə Arxiv
news Image
2013.10.23
15:35
| A A A
Azərbaycanda hibrid stansiyadan enerji verilişi üçün mərkəzləşdirilmiş paylayıcı şəbəkə yaradılacaq

"Azalternativenerji" MMC 2014-cü ilin sonu-2015-ci ilin əvvəlində Qobustan rayonunda yerləşən hibrid elektrik stasniyasında istehsal edilən elektrik enerjisinin verilişi üçün mərkəzləşdirilmiş paylayıcı şəbəkənin tikintisini başa çatdıracaq


Bunu çərşənbə günü jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən Akim Bədəlov deyib.


Onun sözlərinə görə, bu rayonda yeni "Smart-sistem"in yaradılması üzrə artıq işlər aparılır, həmçinin hazırda bütün səylər paylayıcı şəbəkənin özünün yaradılmasına yönəlib: "Hazırda hibrid elektrik stansiyasında istehsal edilən elektrik enerjisi mərkəzi paylayıcı şəbəkəyə ötürülür".


A. Bədəlov qeyd edib ki, elektrik stansiyası işə başladığı gündən ilk 1 milyon kilovat/saat elektrik enerjisini istehsal edərək mərkəzi paylayıcı şəbəkəyə ötürüb.

Sizin Reklam Yeriniz