Əlaqə Arxiv
news Image
2013.10.23
21:00
| A A A
Azərbaycanda metal məmulatlarının istehsalı kəskin azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda metallurgiya və hazır metal məmulatlarının istehsalı müəssisələrində 291,6 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.


"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsalın həcmi metallurgiya sənayesində 0,1%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 49,7% azalıb.

 

Bu ilin yanvar-sentyabr ayları ərzində sahə üzrə 1,5 min ton və ya 2,0 dəfə çox çuqun tökmə, 53,9 min ton və ya 14,0% çox polad borular, 169,1 min ton və ya 6,7% az armatur istehsal edilib.

Sizin Reklam Yeriniz