Əlaqə Arxiv
news Image
2013.10.23
22:00
| A A A
Azərbaycanda qeyri-neft sektoruna yatırılan kapital 16% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin 3 913,3 mln. manatı neft bölməsinə yönəldilib.

 

 Movqe.az-ın "APA-Economics"-ə istinadən verdiyi məlumata görə, qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,4% artaraq 7 913,2 mln. manat (ümumi sərmayənin 66,9%-i) təşkil edib. O cümlədən, 1 640,2 mln. manat (13,9%) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib.

 

Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 80,8%-i dövlət, 19,2%-i qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb.


Sizin Reklam Yeriniz