Əlaqə Arxiv
news Image
2013.10.29
19:00
| A A A
«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb

Azərbaycanın "Ekonomist" MMC-nin ("APA Holding"in üzvü) təsis etdiyi "Ekonomist" aylıq analitik jurnalının növbəti, oktyabr buraxılışı çapdan çıxıb.


"APA-Economics"in məlumatına görə, jurnalın bu sayında gələn il üçün büdcə və makroiqtisadi göstəricilər üzrə proqnozlar barədə məqalə, tədiyyə balansının təhlili, ölkə əhalisinin istehlak kreditləri üzrə borcları və qiymətli kağızlar bazarındakı durğunluq barədə analitik materiallar, bankların şəffaflığı üzrə renkinq, ali məktəblərə qəbul üzrə keçid ballarının azaldılması səbəblərinin təhlili, Bakının divar kağızları və döşəmə örtükləri bazarlarının araşdırılması ilə bağlı məqalələr yer alıb.

 

Bu sayda həmçinin Bakının yol problemlərinin həlli barədə mütəxəssislə müsahibə və ölkədəki sığorta şirkətlərinin yanvar-sentyabr ayları üzrə renkinqi dərc olunub.


Qeyd edək ki, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 43 buraxılışı işıq üzü görüb. "Ekonomist" jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.

 

"Ekonomist" jurnalını həm redaksiya vasitəsilə, həm də "Qaya" və "Azərmətbuatyayım" şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, "Ekonomist" və "Metro-Servis" şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.


Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.


Sizin Reklam Yeriniz