Əlaqə Arxiv
news Image
2013.11.01
10:57
| A A A
Avropada işsizlik rekord həddə çatıb

Avrozonada işsiz qalanların sayı 27 milyonu ötüb


Avropada son bir ayda 61 min adam işsiz qalıb. Ans press-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Birliyinə daxil olan ölkələrin ümumi göstəricilərinə əsasən işsizlik nisbəti 12 %-i keçib. Son bir ayda ən çox işsizliklə üzləşənlər isə Yunan Kiprinin vətəndaşları olub. 


Ümumilikdə avrozonada işsiz qalanların sayı 27 milyonu ötüb.


Ötən illə müqayisədə birliyin tərkibində olan 28 üzv ölkənin 16-da işsizlərin sayı artıb. İşsizlərin ümumi statistikasına əsasən Yunanıstan və İspaniya ilk pillələrdə qərarlaşıb. Daha sonrakı yeri isə Xorvatiya tutub. Bununla yanaşı Avropa ölkələrində hər 4 gəncdən biri işsizdir. Gənclərin işsizlik sayı 5 milyondan çoxdur. Yunanıstan və İspaniyada isə vəziyyət daha acınacaqlıdır. Belə ki, bu ölkələrdə gənclərin işsizlik nisbəti 50 % ötür.

Sizin Reklam Yeriniz