Əlaqə Arxiv
news Image
2013.11.15
15:10
| A A A
Mərkəzi bank bəzi banklara güzəşt edib

"Kapitalını 50 mln. manata çatdıra bilməyən banklara gələn ilin sonuna kimi vaxt verilib"

"Kapitalını 50 mln. manata çatdıra bilməyən banklara gələn ilin sonuna kimi vaxt verilib". Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, kapitalını 50 mln. manata çatdıra bilməyən banklar ümumi ölkənin bank sektorunun cəmi 5 faizni təşkil edir:


"5 faizi əhatə edən banklar 2014-cü ilin sonuna kimi öz kapitallaşmasını 50 mln. manata çatdırmalı olacaq. Bu qərarın əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda bankların kapitallaşmasının artırılması məqsədinə nail olunsun. AMB-nin sədri bildirib ki, dövlət qalan kiçik bankları inzibati yolla bazardan çıxarmaq, bazarda bunun nəticəsində baş verə biləcək qeyri-müəyyənliyə yol vermək niyyətində deyil.


Elman Rüstəmov dünən Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin iclası keçirildiyini və ölkədə fəaliyyət göstərən kommersiya banklarının minimum kapital həcmini 2013-cü ilin sonuna kimi 50 mln. manata çatdırılması barədə qərar qəbul etdiklərini deyib.


E.Rüsttəmov əlavə edib ki, hazırda ölkənin bank sektorunun aktivlərinin 95%-ni əhatə edən banklar ya öz kapitallaşmasını artıq 50 mln. manata çatdırıb və yaxud buna yaxın zamanda nail olacaq. 


Sizin Reklam Yeriniz