Azərbaycanda son illərdə iri marketlərin, ticarət mərkəzlərinin sayı günbəgün artsa da, insanların əksəriyyətinin alış-veriş üçün müraciət etdikləri məkan əsasən, ənnəvi bazarlar olur. Səbəb isə, bazar qiymətlərinin hər zaman digər obyektlərdə satılan məhsulların qiymətləri ilə müqayisdə əhalinin büdcəsinə daha çox uyğun olmasıdır. Amma dəfələrlə deyildiyi kimi, bazarlarda da məhsulların keyfiyyətinə, onların saxlanma qaydalarına, sanitariya normalarına heç də həmişə əməl olunmur. Bu haqda KİV-də çoxlu sayda materillar gedib və mövzu hələ də aktuallığıın qoruyur. Qonşu Rusiyada isə sanitariya qaydalarına əməl olunmayan bazarlar artıq iri ticarət mərkəzləri ilə əvəz olunur. Bizdə də belə bir təklif irəli sürülsə də, onun tətbiqininin nə vaxt reallaşacağı məlum deyil.
İqtisadçı-ekspert Samir Əliyev
Movqe.az-a Azərbaycanda bazarların ticarət mərkəzləri ilə
əvəzlənməsinin müsbət və mənfi cəhətlərini belə şərh edir: "
Sanitariya məsələsi birbaşa sağlamlıqla bağlı olan problemdir.
Çünki, ərzaq malları, xüsusən də, ət və ət məhsulları və ya ağartı
məhsulları əgər antisanitar vəziyyətdə satılırsa, bu, birbaşa həmin
məhsulların keyfiyyətinə təsir göstərir. Ona görə də, bu
istiqamətdə işlər görülməsi, antisanitariya hallarına diqqət
edilməsi, məhsulların satıldığı şəraitə nəzarət edilməsi çox
vacibdir. Təsəvvür edin ki, kolbasa satılır, soyuducu olmadığından,
məhsul havada qalıb xarab olur. İstərsə də ağartı məhsulları olsun.
Və ya qənnadı məmulatları, konfet, şokolad və s. də bura aiddir.
Bunların hamısı istehlakçıların sağlamlığına mənfi təsir göstərir.
Bu baxımdan, bazarların ticarət mərkəzləri ilə əvəz olunmasının
üstün cəhəti ondan ibarət olacaq ki, insanların zəhərlənmə
hallarının və yaxud da, bu kimi keyfiyyətsiz məhsullardan zərər
çəkmə hallarının qarşısı alınacaq. Bazarların ticarət mərkəzləri
ilə əvəzlənməsinin müsbət cəhəti budur. Mənfi cəhəti isə ondan
ibarətdir ki, bu, birbaşa olaraq qiymətlərə təsir edəcək. O
baxımdan ki, bir qayda olaraq, bazarlarda, xüsusən də yaxşı
tikilməmiş bazarlarda satılan ərzaq məhsulları digərlərinə nisbətən
ucuzdur. Bu, hər cür məhsula aiddir. Xüsusən, nəzərə alaq ki,
insanlar qablaşdırılmış, içinə müxtəlif konsentratlar daxil
edilmiş, hansısa bir şirkətin buraxdığı qatıq və ya süd
məhsullarına nisbətən rayonlardan gətirilən süd, qatıq almağa və s.
daha çox üstünlük verirlər.Maketlərdə satılan məhsulların
keyfiyyəti bunlarla eyni olmadığı kimi, qiyməti də nisbətən baha
olur.
Bundan əlavə, antisanitariya qaydalarına görə bazarlar bağlansa, kənd yerlərindən gətirilmiş məhsulların satışı avtomatik olaraq qadağan ediləcək. Çünki, ən azından bunlar yoxlamadan keçməlidir. Yoxlamadan keçmirsə, satışı qadağan edilir. Əgər keçirsə belə, buna görə müəyyən əlavə xərclər ödənməlidir. Ona görə də, bazarların yığışdırılması, hansı ki, bizdə də bir müddət gündəmdə idi, qiymətlərin artmasına birbaşa olaraq təsir edəcək və bunu şərtləndirən amildir".
Digər bir iqtisadçı-ekspert Natiq
Cəfərli isə məsələyə belə münasibət bildirdi: "Moskvada bazarların
bağlanması yalnızca sanitariya qaydalarının pozulması ilə əlaqədar
deyil. Burda bir qədər başqa səbəblər də var. Bu, ən əsas,
mülkiyyət məsələsinin dəyişməsi ilə də bağlıdır. Moskva
bazarlarının böyük əksəriyyəti miqrantların əlində idi. O
bazarlardan külli miqdarda gəlir götürülürdü.Yeni bazarların
tikilməsi bazarların əl dəyişməsi, mülkiyyət məsələlərinin
dəyişməsi ilə nəticələnəcək. Nəticədə, Moskvada gəlirlərin də bir
əldən başqa ələ keçirilməsi baş verir və bütün bu səs-küylü
məsələlərin altında bu dayanır, nəinki, sanitariya normaların
pozulması. Əlbəttə ki, orda sanitar normalarla bağlı problemlər də
olub. Amma əsas mülkiyyətçinin dəyişməsi məsələsidir. Azərbaycana
gəldikdə isə, bəli, belə bir qərar olmuşdu və belə bazarların
yaradılması prosesi gözlənilən idi. Amma baş vermədi. Çünki,
Azərbaycanda, əsasən də Bakı şəhərində iri marketlərin şəbəkəsinin
genişlənməsi prosesi baş verdi və marketə digər məhsullar üçün
girən insanların həm də bazarda satılan məhsulları alaraq çıxması
onlar üçün daha uyğun oldu. Yəni, bu bazarın özünün diqtə elədiyi
bir məsələdir. İnsanların rahatlığı necə idisə, bazar da ona
uyğunlaşdırıldı. Sadəcə, bir mənfi cəhət var ki, iri marketlərin
kənd təsərrüfatı məhsulları satılan bölümündə qiymətlər xeyli
bahadır. Xüsusilə də, bu məhsulların bazarlardakı qiymətləri ilə
müqayisədə. Bu sahədə müəyyən addımların atılmasına ehtiyac var.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının birbaşa bazara
çıxışını təmin etmək üçün müəyyən işlər görülməlidir ki, məhsullar
bir neçə əl dəyişərək sonunda istehlakçıya çox baha qiymətə
çatmasın".