Əlaqə Arxiv
news Image
2013.11.22
12:10
| A A A
ARDNŞ: TANAP Avropanın qaza olan tələbatını ödəməyə qadirdir

"TANAP Avropanın qaza olan tələbatını ödəməyə qadirdir". Movqe.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev deyib.

R.Abdullayevin sözlərinə görə, Azərbaycanın qaz ehtiyatları üç milyard kubmetrdən artıq səviyyədədir ki, bu da ölkənin ixrac potensialının inkişafına yardım edir.

 

O qeyd edib ki, yeni qaz mənbələrinin işə salınması ilə Azərbaycanın ixrac potensialı 2025-ci ildə minimum 40-45 milyard kubmetr təşkil edəcək.

R.Abdullayev bildirib ki, belə həcmdə qazı ixrac etmək üçün yeni qaz kəmərinə ehtiyac var.

ARDNŞ rəhbəri əlavə edib ki, birinci mərhələdə TANAP qaz kəməri ilə nəql olunacaq qazın həcmi 16 milyard kubmetr təşkil edəcək: "Gələcəkdə TANAP vasitəsilə qaz ixracının həcminin 30 milyard kubmetrə qədər artırılması imkanlarına baxılacaq".

Sizin Reklam Yeriniz