Günəş enerjisi ilə çalışan təyyarə ilk uçuşunu edib
Movqe.Az xəbər verir ki, İsveçrədən qalxan
"Solar İmpulse" 2500 kilometrlik Mərakeş səfərinin ilk hissəsinə
başlayıb. Payerne hərbi aerodromundan planlaşdırıldığından təxminən
iki saat gec havaya qalxan və günəş enerjisiylə işləyən təyyarə
buradan yerli saatla 08.24-də hərəkətə başlayıb.
Təşkilatçılar təyyarənin əvvəl Madridə gedəcəyini bu səfərdə təyyarəyə Andre Borschbergin təlimat verəcəyini bildirmişdi.
Təyyarə bu gün yerli vaxtla saat 02.00-da Madrid yaxınlığına enib.
Təyyarənin, Madrid-Rabat arasındakı səfərində isə idarəetmə Bertrand Piccardın nəzarətində olacaq. Rabatın son dayanacaq olduğu bildirilir.
"Solar İmpulse"ni Mərakeşdə günəş enerjisini inkişaf etdirən Mərakeş Günəş Enerjisi Agentliyi qarşılayacaq.
Qeyd edək ki, bir damla yanacaq istifadə etmədən İsveçrədən Mərakeşə qədər 2500 kilometrdən uzun yol qət etməyə çalışacaq. 4 motorlu "Solar İmpulse" 63 metr qanad uzunluğuna və günəş enerjisini yığan 12 min günəş batareyasına sahibdir.