Əlaqə Arxiv
news Image
2013.11.28
11:35
| A A A
Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

AZPROMO-nun təşkil etdiyi tədbirdə Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şentsin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək

Dekabrın 5-də Bakı Biznes Mərkəzində Azərbaycan-Avstriya biznes forumu keçiriləcək. Bu barədə cümə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında yerləşdirilmiş məlumatda deyilir.


İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə AZPROMO-nun təşkil etdiyi tədbir Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şentsin başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində keçiriləcək.


Məlumatda deyilir: "Biznes foruma tikinti, neft-qaz, İKT, yüngül sənaye, kimya sənayesi, maşınqayırma, qida sənayesi üçün avadanlıq, logistika, havalandırma sistemləri, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Avstriya şirkətinin qatılacağı gözlənilir. Azərbaycanlı sahibkarlar tədbirdə iştirak etməyə dəvət olunur".

Sizin Reklam Yeriniz