Əlaqə Arxiv
news Image
2013.12.12
23:00
| A A A
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5% artıb

Bu ilin noyabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, birillik bitkilərin istehsalçı qiymətləri 0,3%, çox illik bitkilərin istehsalçı qiymətləri 0,7%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,6% bahalaşıb.

Birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,3%, arpanın 0,9%, yaşıl lobyanın 0,3%, lobya dəninin 5,2%, göyərtilərin 0,8%, xiyarın 2,0%, pomidorun 1,0%, bibərin 0,5%, badımcanın 0,6%, baş sarımsağın 0,6%, baş soğanın 0,2%, kartofun 0,1%, quru otun 1,7%, yoncanın istehsalçı qiymətləri 4,0% bahalaşıb, buğdanın 1,0%, kələmin istehsalçı qiymətləri isə 1,2% ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 16,8%, feyxoanın 14,1%, limonun istehsalçı qiymətləri 9,2% ucuzlaşıb, üzümün istehsalçı qiymətləri 1,7%, narın 28,5%, armudun 11,0%, qozun 1,4%, fındığın istehsalçı qiymətləri isə 16,2% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,0%, yumurtanın istehsalçı qiymətləri 3,7% ucuzlaşıb, diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,6%, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,2% və 0,9%, təbii balın 0,3%, südün istehsalçı qiymətləri isə 0,4% bahalaşıb.

Sizin Reklam Yeriniz