Əlaqə Arxiv
news Image
2012.05.31
20:27
| A A A
“Siqaretin qiyməti qalxacaq”
Millət vəkili: “Azərbaycan tütün və tütün məmulatlarının ən ucuz qiymətə satıldığı ölkələrdən biridir”

Azərbaycanda 13-15 yaşlı məktəblilər arasında aparılmış tədqiqatın nəticələrinə əsasən, onlardan 10 faizinin nə vaxtsa tütün məmulatlarından istifadəyə can atdığı, 7 faizinin isə bundan istifadə etdiyi aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov mərkəzdə 31 may-Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbirdə bildirib. Bunun ürəkaçan fakt olmadığını deyən C. Məmmədovun sözlərinə görə, tütün epidemiyasına qarşı Azərbaycan cəmiyyəti səylərini birləşdirməlidir.


Tədbirdə çıxış edən millət vəkili Musa Quliyev Azərbaycanda tütünə qarşı mübarizə tədbirlərindən danışıb. Bu sahədə hələ hədəf olunan məqsədə çatılmadığını deyən millət vəkilinin sözlərinə görə, tütünə qarşı mübarizə aparmaq üçün tütün istehlakçılarını məhdudlaşdırmaq lazımdır. M. Quliyev bildirib ki, Azərbaycan tütün və tütün məmulatlarının ən ucuz qiymətə satıldığı ölkələrdən biridir. Onun sözlərinə görə, ölkədə siqaret istehsalında tətbiq olunan aksiz vergilərinin artırılması tövsiyə ediləcək. Bununla bağlı Vergilər Məcəlləsinə müvafiq dəyişikliklərin olacağı gözlənilir: "Nəticədə tütün məmulatlarının qiyməti qalxacaq, bu isə kasıb insanların siqaretə meylini azaldacaq, yeniyetmə və uşaqların siqaret almasına mane olacaq".


Millət vəkili onu da qeyd edib ki, yaxın zamanlarda Azərbaycanda siqaretlə mübarizə işinin ciddi hüquqi əsasını yaradacaq qanun qəbul ediləcək.

Sizin Reklam Yeriniz