Əlaqə Arxiv
news Image
2014.01.23
20:27
| A A A
Azərbaycanın neft sektoruna yatırılan investisiyaların həcmi artıb

2013-cü ildə Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılıb ki, bu da 2012-ci ilin göstəricisindən 24,2 faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

2013-cü ilin dekabrında ölkənin neft sektoruna 482,7 milyon manat məbləğində investisiya qoyulub. 2012-ci ilin analoji dövründə isə bu rəqəm 430,5 milyon manata bərabər olub.

Məlumata görə, Azərbaycanın sənaye sahələrinə yatırılmış kapital qoyuluşları təqribən 4,7 milyard manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 20,6 faiz çoxdur.

Bu vəsaitdən emal sənayesi sahəsinə 4,21 milyard manat həcmində investisiya qoyulub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 29,9 faiz çoxdur.

Elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 390,5 milyon manat təşkil edib. Bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 31,5 faiz azdır.

Sizin Reklam Yeriniz