Əlaqə Arxiv
news Image
2014.02.03
17:25
| A A A
Sığorta şirkətləri artıq çox pul qazana bilməyəcək
Xəyal Məmmədxanlı: «Bu, avtomobil sektorunun və sığorta şirkətlərinin işinə təsir göstərəcək» Vüqar Bayramov: «Iığorta şirkətlərinin gəliri yarıya qədər azala bilər»

Məlumat verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı müştərilərin rəsmi gəlirini təsdiq edən sənəd olmadan kreditin verilməsinə qadağa qoyub. Bunun ardınca avtokreditlərin də dayandırılmasının bankların gəlirlərinin daha da  azalmasına səbəb olacağı gözlənir. Belə vəziyyətin  sığorta şirkətlərinin gəlirlərinin azalmasına təsir göstərəcəyi proqnozlaşdırılır. 

Bu gün Azərbaycanda avtomobillərin 85-90%-nin kreditləşmə yolu ilə əldə olunuduğunu deyən sığorta üzrə ekspert  Xəyal Məmmədxanlı da sığorta şirkətlərinin yığımlarının azalacağını düşünür: "Azərbaycanda satılan avtomobillərin təxmin 85-90%-i kreditləşmə hesabına satılır və bu, yalnızca bankların işinə təsir göstərməyəcək. Eyni zamanda, həm də avtomobil sektorunun və sığorta şirkətlərinin işinə təsir göstərəcək. Azərbaycanda kasko sığortalarının çox böyük bir qismini kreditlə satılan avtomobillərin sığortası təşkil edir. Bu rəqəmin də ciddi şəkildə azalacağı proqnozlaşdırılır. Kasko sığortasında yığımlar həddən artıq aşağı düşəcək. Amma yenə də, bu ziyan sığorta sektorundan daha çox avtomobil satışına dəyəcək. Amma hər bir halda Azərbaycanda sığorta mədəniyyətinin də, sığorta bazarının da formalaşmasının yolu köüllü sığortalardan keçir. Yəni, icbari sığortalar, müəyyən mexanizmlərlə insanları sığorta almağa məcbur etmək onsuz da sonradan müəyyən qüsurlara gətirib çıxarır. İnsanlar könüllü şəkildə öz avtomobillərini sığortalatmalıdırlar. Digər vasitələrdən, icbari sığortalardan, müvəqqəti yığımlardan yaranan bazar sabit olmayacaq. İstər-istəməz orda gəlirlilik sabit şəkildə olmayacaq". 

İqtisadçı-ekspert Vüqar Bayramov isə, banklara qoyulan bu qadağa uzun müddət davam edərsə, sığorta şirkətlərinin gəlirinin yarıya qədər azala biləcəyini deyir: "Sığortalanan avtomobillərin 80%-i məhz kreditlə əldə olunan avtomobillərdir. Kreditlərin verilməsinin dayandırılması təbii ki, avtomatik olaraq bank sektoruna və avtomobil satışına ciddi təsir edəcək və birmənalı şəkildə sığorta şirkətlərininin gəlirini azaldacaq. Avtokreditlərin verilməməsi sığortalanan avtomobillərin sayının azalması deməkdir. Və bu da avtomatik olaraq sığorta şirkətlərinin qazancını azaldar. Kreditlərin verilməməsinin avtomobil bazarına bank sektoruna və bununla bərabər sığorta şirkətlərinin fəaliyyətinə mənfi təsirini nəzərə alsaq, bu qadağa uzun bir dövrü əhatə etməməlidir. Hər halda Mərkəzi Bank və kommersiya bankları çalışmalıdırlar ki, avtomobil kreditlərinin verilməsini bərpa etsinlər. Əgər bu sistem bərpa olunmazsa, yaxın müddətdə hətta şirkətlərin gəlirləri yarıya qədər azala bilər. Bu da sığorta şirkətlərini ciddi ziyan çəkməsinə səbəb olacaqdır". 


Sizin Reklam Yeriniz