Əlaqə Arxiv
news Image
2014.02.10
17:28
| A A A
Benzini metanol əvəz edəcək?!
Ərşad Hüseynov: «Metanoldan istifadə üçün uyğun sistem yaraıldıqdan sonra bu yanacaqdan istifadə edən avtomobillərin ölkəyə gətirilə bilməsinin mümkündür»

Aparılan araşdırmalar göstərir ki, yaxın 20 ildə dünyada ən çox işəldilən avtomobil yanacağı metanol olacaq. O, həm ekoloji, həm də iqtisadi cəhətdən sərfəlidir. Digər tərəfdən  metanola benzindən iki dəfə az vəsait xərclənir. Bir sözlə, yüksək məhsuldarlığa malik olan bu yanacaq növü çox arzu olunan xarakteristikalar təklif edir: mühərrikin yüksək effektivliyi, gücü və metanol kimi ekoloji təmiz xammaldan istifadə olunması sayəsində havaya buraxılan karbon  qazının miqdarının xeyli dərəcədə azaldılması. Mühərrikin çox effektiv işi ilə yanaşı, enerjinin saxlanması nöqteyi-nəzərindən o, məlum alternativ yanacaq növlərinin əksəriyyəti ilə müqayisədə ən yaxşı göstəricilərə malikdir.

Azərbaycanda da bu  yanacaq növündən istifadənin genişləndirilməsi məqbul sayılır. 

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Mövqe.az saytına verdiyi açıqlamada metanolun ekoloji cəhətdən daha az zərərli olduğunu desə də, eyni zamanda digər yanacaqlardan daha təhlükəli olduğunu da qeyd edir: "Metanol sıxılaraq maye halına keçirilən qazdır. Ekoloji cəhətdən daha az zərərli olsa da, digər yanacaq növlərindən daha təhlükəlidir. Bizə də metanolla işləyən avtomobillər gətirilə bilər. Lakin problem ondan ibarətdir ki, həmin avtomobillərin mühərriki, onları yanacaqla təmin etmə sistemi elə qurulmalıdır ki, tam təhlükəsizlik olsun. Çünki, dediyim kimi, menatolun benzinə və yaxud da dizelə nisbətən oda alışmaq, partlamaq təhlükəsi çox yüksəkdir. Bu baxımdan çox diqqət olunmalıdır". 

Ekspert metanoldan istifadə üçün uyğun sistem yaraıldıqdan sonra bu yanacaqdan istifadə edən avtomobillərin də ölkəyə gətirilə bilməsinin mümkün olduğunu dedi: "İkincisi isə, avtomobillər bu yanacaqdan isifadəyə uyğunlaşdırılmalıdır. Əvvəlcə avtomobillərə metanolun balonunu qoymaq lazımdır. Sonra isə mühərrikdə onu təhlükəsiz yandıran sistem olmalıdır. Bu sistemin qurulması isə xeyli pul və avtomobillərdə modernləşdirmə tələb edir. Ümumən baxanda isə, metanol da karbohidrogen qazıdır. Orda zərərli tullantılar benzinə, dizelə nisbətən az olur. Tüstü də, dəm qazı, azot oksidləri və s. daha az olur. Bu da təbiidir. Çünki neftin zavodda emal edilməsi, təmizlənməsi çox mürəkkəb prosesdir. Nefti yüksək səviyyədə təmizləmək lazımdır ki, avtomobildə istifadə zamanı heç bir zərərli tullantı olmasın. Buna krekinq prosesi deyilir. Qazda isə buna ehtiyac yoxdur. Çünki, qaz təbii halda işlənir. Düzdür, onu da emal edirlər. Qatqılar da olur. Amma qazda əlavə qatqıları tutmaq asandır. Metanolla işləyən avtomobillərə gəldikdə isə, gərək ilk növbədə Azərbaycanda buna uyğun sistem qurula. Ondan sonra avtomobillər də ölkəyə gətirilə bilər".


Sizin Reklam Yeriniz