Əlaqə Arxiv
news Image
2014.02.10
19:16
| A A A
Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş geniş toplantı keçiriləcək

Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının həmsədri Çingiz Gülün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.


N.Əliyev Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib: "Hazırda Azərbaycanda bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur".

 

N.Əliyev bildirib ki, 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı imzalanmış sərəncam sənayenin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən etməklə, sənayeləşmə siyasətinin uğurla davam etdirilməsini, ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsini təmin edəcək: "Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri sənaye mərkəzlərinin yaradılmasıdır. Yeni qurulan sənaye parkları yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın sahələrinin daha sürətlə inkişaf etdirilməsinə təkan verəcək".

 

Nazir qeyd edib ki, sənayeləşmənin əsas xüsusiyyətləri onun ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yaradılması, sənaye zonalarının fəaliyyətini təmin edən müasir infrastrukturun formalaşdırılması, istehsalla elmin və təhsilin əlaqələrinin gücləndirilməsi, daha münbit investisiya mühitinin formalaşdırılması, qabaqcıl, müasir arxitekturaya və mühəndis həllərinə cavab verən bina və qurğuların tikilməsidir.

 

Ç.Gül isə yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi və perspektivlərin müzakirəsinə həsr ediləcək geniş tərkibli toplantının təşkil olunması təklifi ilə çıxış edib. Bu təklif N.Əliyev tərəfindən dəstəklənib və belə bir toplantının yüksək səviyyədə keçirilməsi üçün Nazirliyin aidiyyəti rəsmi şəxslərinə müvafiq tapşırıqlar verib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olun

Sizin Reklam Yeriniz