Ölkədə həyata keçrilən özəlləşdirmə prosesi ilə bağlı bel əfikirlər səslənir ki, artıq bu sahədə ikinci mərhələ də başa çatmaq üzrədir. Bu fonda bel əfikirlər səslənir ki, özəlləşdirmənin artıq yeni mərhələsi balanmalıdır.
Ölkədə özəlləşən müəssisələrin sayının xeyli
azaldığını deyən iqtisadçı-ekspert Vüqar Bayramov da Mövqe.az-a
açıqlamasında yeniliklərin tətbiqi ilə müşahidə olunacaq yeni
mərhələyə keçidə artıq ehtiyac yarandığını deyir: "Nəzərə alaq ki,
kütləvi özəlləşmə başa çatıb. Qeyd etmək lazımdır ki,
kütləvi özəlləşmə başlayan zaman praktiki olaraq Azərbaycanda
kiçik və orta özəlləşdirmə prosesi həyata keçirildi. Hal-hazırda
iri müəssisələrin özəlləşdirmə prosesi gedir və iri özəlləşdirmə
prosesi əvvəlki özəlləşdirmə metodlarından fərqlidir. Artıq iri
özəlləşdirmədə məqsəd daha çox investisiya qoyuluşlarının və dövlət
müəssisələrinin özəlləşdirilməsidir.
Bu, artıq özəlləşmənin yeni formada davam etdirilməsi deməkdir. O baxımdan əslində, indiki halda həm kiçik, həm də orta özəlləşdirmə mərhələsinin başa çatdığını demək mümkündür. Çünki, özəlləşən müəssisələrin sayında da kifayət qədər azalma müşahidə olunur. Ötən il 4 minə yaxın müəssisə özəlləşdirilib. Halbuki, bu rəqəm 2000-ci illərin əvvəllərində 7 mindən artıq idi. Yəni, özəlləşən müəssisələrin sayında kifayət qədər azalmalar var. Və belə halda artıq dövlət müəssisələrinin də özəlləşməsinə ehtiyac yaranıb. Ölkədə ümumi daxili məhsulun, sənayenin 80%-i artıq dövlət sektorunun payına düşür. O baxımdan özəlləşdirmənin yeni mərhələsinin başlanması vacibdir. Yeni mərhələ həm iri müəssisələrin özəlləşdirməsinin davam etdirilməsi, həm də eyni zamanda yeni metodların tətbiqi deməkdir. Yəni, həm əvvəlki özəlləşmə metodlarının dəyişdirilməsinə, yeni elektron sistemlərin tətbiq edilməsinə, eləcədə dövlət müəssisələrin özəlləşdirilməsi prosesinin davam etdirilməsinə ehtiyac var. Bu baxımdan təbii ki, yeni mərhələnin başlanılması labüddür".
Özəlləşməni ölkə
iqtisadiyyatı üçün müsbət qiymətləndirən Natiq Cəfərli yeni
mərhələdə artıq paylayıcı şirkətlərin özəlləşdirilməsini təklif
edir: "Azərbaycanda özəlləşdirmənin 1-ci və 2-ci mərhələlərinin
həyata keçirilməsi zamanı bəzi yanaşmalarda problemlər olmuşdu.
Özəlləşmədən gələn gəlirlərin həcmi o qədər də böyük olmadı
və özəlləşən müəssisələrin sonradan öz profilində fəaliyyətində
problemlər yaşandı. Bütün bu keçmişdə yaşanan problemləri nəzərə
alaraq, yeni bir özəlləşdirmə proqramı qəbul olunacaqsa, bu
hədəfləri hesablanmış bir proqram olmalıdır. Sistemli fəaliyyət
üçün qapı açacaq bir proqram olmalıdır və burada təbii inhisarçı
şirkətlərinin də özəlləşdirilməsindən söhbət gedə bilər.
Bunlar qaz, su, elektrik paylayıcı şirkətlər də ola bilər. Bunlarla
dövlətin çiyninə həddindən artıq yük düşür. Bu yükdən azad olunmaq
üçün sistemli islahatlara ehtiyac var. Düşünürəm ki, bu sahədə
dövlətsizləşmə və rəqabətli mühitin yaradılması həm də mal və
məhsulların keyfiyyətinə də təsir edə bilər. Təbii ki, dövlət öz
nəzarət funksiyalarını da üzərində saxlamaq şərti ilə paylayıcı
şəbəkələrin özəlləşdirilməsi, ya da uzun müddətə icarəyə vermək
yolu ilə öz çiyinlərində olan yükün böyük bir hissəsindən azad
olmuş olar. Azərbaycanda belə bir situasiya yaranıb ki, hər bir
kommunal problemlə bağlı insanların giley-güzarı dövlət orqanlarına
olur. Amma ki, bu ağır yükdən qurtulmaq üçün, dediyim kimi, həmin
sahələri özəlləşdirməklə bunu artıq hüquqi müstəviyə keçirmək olar.
Özəlləşdirmədən sora hər hansı problem yaranarsa, müştəri ilə həmin
biznes strukturları məşğul olacaqlar. Bu, eyni zamanda xidmətlərin
keyfiyyətinin artırılmasına və büdcədən ayrılan vəsaitlərin
azaldılmasına səbəb olacaq. Mən düşünürəm ki, belə bir addım
atılacaqsa, gələcəyə önəmli, Azərbaycan üçün çox mühüm gəlirlərin
artırılmasına səbəb olacaq və dövlət xərclərinin azalmasına,
büdcəyə düşən yükün yüngülləşməsinə şərait yaranacaq. Bu da
Azərbaycanın gələcəyi üçün çox vacibdir".
-