Əlaqə Arxiv
news Image
2014.02.12
19:23
| A A A
Sənaye Parkı üçün nümunəvi investisiya layihələri hazırlanıb

Qeyri-neft sektorunda ən iri layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkına (SKSP) investisiyaların cəlb edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, SKSP-nin mütəxəssislərinin iştirakı ilə Sənaye Parkında fəaliyyət göstərmək istəyən potensial investorlara dəstək məqsədilə inşaat, lak-boya, şüşə, karton və digər sənaye sahələrini əhatə edən nümunəvi investisiya layihələri hazırlanıb. İnvestisiya layihələri hazırlanarkən dünya kimya bazarının aparıcı tendensiyaları nəzərə alının. Qeyd edək ki, investisiya layihələri çərçivəsində istehsal olunacaq məhsullara həm ölkədə, həm də regionda böyük tələbat mövcuddur. Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə "Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və beynəlxalq tədbirlərdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir, ikitərəfli danışıqlar aparılır.

Sizin Reklam Yeriniz