Əlaqə Arxiv
news Image
2014.02.17
10:24
| A A A
Azərbaycanın ÜTT-yə üzvlüyü prosesi çərçivəsində növbəti danışıqlar keçiriləcək

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev danışıqlarda iştirak etmək üçün Cenevrəyə səfər edib


Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədilə İsveçrənin Cenevrə şəhərinə səfər edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı ABŞ, Kanada, Norveç, Yaponiya və digər ölkələrlə mallar və xidmətlər üzrə ikitərəfli, ölkəmizin kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə isə çoxtərəfli danışıqların aparılması nəzərdə tutulur.

 

Danışıqlarda Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət sistemi kimi məsələlər də müzakirə olunacaq.

  

Sizin Reklam Yeriniz