Məlum olduğu kimi bir müddət əvvəl Mərkəzi Bank avtokreditlərin dayandırılması ilə əlaqədar yerli kommerisya banklarına göstəriş verib. Avtokreditlərin verilməsində yaranan məhdudiyyətlərlə bağlı xeyli sayda müştərisini itirən avtomobil satış mərkəzləri vəziyyətdən çıxış yolu kimi lizinqlə maşın satışını həyata keçirməyə başlayıblar. Bu, əvvəlki satış həcmini bərpa etməsə də, hazırda ən yaxşı maşın satışı vasitələrindən biri qismində çıxış edir. Məlumdur ki, ayrı-ayrı şirkətlər mərkəzləri ilə bərabər, avtomobil satışı ilə məşğul olan fərdi şəxslər də var. Söhbət maşın alverçilərindən gedir. Bəs belə fərdi şəxslr də avtokreditlərin dayandırıldığı şəraitdə avtomobil satışında lizinqdən istifadə edə bilərlərmi?
İqtisadçı Vüqar Bayramovun sözlərinə
görə, fərdi şəxslər sahibkar kimi qeydiyyatdan keçməklə lizinqlə
satış həyata keçirə bilərlər: "Avtomobili lizinq formaında satmaq
istəyənlər gərək fiziki şəxs kimi qeydiyyatdan keçsinlər. Çünki,
əgər vətəndaş fiziki şəxs kimi qeydiyyatdan keçmirsə, sahibkarlıq
fəaliyyəti ilə məşğul olmursa, onun satışda lizinq tətbiq eməsi
mümkün deyil. Hər bir vətəndaş bu metoddan istifadə etməklə,
sahibkar kimi qeydiyyatdan keçməklə öz avtomobilini lizinqlə
təklif edə bilər. O baxımdan yalnız avtosalonlar və şirkətlər
deyil, eyni zamanda sahibkarlıqla məşğul olan fərdi şəxslər də öz
avtomobillərini lizinq kimi təklif edə bilərlər. Bu vacibdir.
Çünki, nəzərə alınmalıdır ki, avtomobil satışının mühüm bir hissəi
fərdi şəxslər tərəfindən həyata keçirlir. Qanunvericilik
sahibkarlıq subyekti kimi, fiziki şəxs kimi qeydiyyatdan keçməklə
ayrı-ayrı fərdlərə lizinqdən yararlanmaq imkanı verir".
Digər iqtisadçı Ruslan Atakişiyev isə fiziki
şəxslərin lizinq şirkətləri ilə əməkdaşlıq nəticəsində bu işi
həyata keçirə biləcəyini bildirdi: "Ayrı-ayrı fiziki şəxslər lizinq
şirkətlərinin vasitəsilə özlərinin malik olduqları daşınan əmlakın
lizinqlə satışına nail ola bilərlər. Bu lizinq şirkətlləri ilə
aparılan əməkdaşlıqdan asılıdır. Çünki lizinq şirkətləri müxtəlif
tərəfdaşlarla müqavilə bağlayırlar və onların malik olduqları
əmlakı lizinqə verirlər. Bu zaman fiziki şəxslər də lizinq
xidmətindən istifadə edə bilərlər".