Əlaqə Arxiv
news Image
2014.03.11
15:39
| A A A
Bakı niyə bahalı şəhərdir?
Rəşad Həsənov: «Xarici valyuta axını, xarici iş adamlarının Azərbaycana gəlməsi və onların burada tələbatın formalaşmasında iştirakı qiymətlərin artmasında rol oynayan amildir»

Bahalığa görə dünya şəhərlərinin reytinq cədvəli tərtib olunarkən burada Bakının adına da rast gəlinməsi artıq adi hala çevrilib. Elə bu xüsusda son reytinq cədvəllərinə nəzər saldıqda da yenə Bakının adına rast gəlmək olar. İqtisadçı-ekspertlər Movqe.az-a açıqlamalarında bunu müxtəlif prizmadan izah edirlər. . 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov məsələ ilə bağlı qeyd edir: "Bu, bir realıqdır ki, Bakı dünyanın bahalı şəhərləri sırasındadır. Ümumiyyətlə, Azərbaycanda, xüsusən Bakıda istehlak qiymətləri, gündəlik tələbat qiymətləri yüksəkdir. Ona görə gündəlik tələbat mallarının üzərində dayanıram ki, əhalinin böyük bir qismi gündəlik tələbat mallarından istehlakçı kimi çıxış edir. Digər sektorlara baxsaq, orda da qiymətlər bahadır.  Məsələn, otellərin qiyməti çox yüksəkdir və bu, turizm sektoruna mənfi təsir edir. Lakin bu əhalinin böyük bir qismini yox, müəyyən istifadəçiləri əhatə edir. Və yaxud da ki, əyləncə mərkəzlərindəki qiymətlərə baxsaq, orada da qiymətlər bahadır. Lakin bu da əhalinin müəyyən bir qismini əhatə edir. Əksəriyyətə təsir göstərmir. Lakin gündəlik qida, geyim və bu kimi məhsulların qiymətinın baha olması ümumilikdə şəhər əhalisinin həyatına təsir göstərir". 

Bakıya 2002-2003-cü illərdən sonra birdən-birə kütləvi vəsait axmağa başladığını deyən ekspert bildirir:  " Son 10 ildə dövlət büdcəsinin təxminən 20 dəfəyə yaxın artması da Bakıya qoyulan vəsaitlərin artırılmasını sürətləndirdi. Ölkəyə xarici valyutanın axını da bahalaşmanın səbəblərindən biridir. Son illərdə Azərbaycana, xüsusən Bakıya xarici valyutanın axını da sürətləndi. Xarici valyuta axını, xarici iş adamlarının Azərbaycana gəlməsi və onların burada tələbatın formalaşmasında iştirakı və sair qiymətlərin artmasında rol oynayan müəyyən amildir. 

Qoyulan vəsaitlərin müəyyən hissəsinin Bakıya sərf olunması, yatırımların daha çox Bakı-Abşeron yarımadasına qoyulması  Azərbaycanda mərkəzə doğru bir axın yaratdı.  Tikilən və ya kirayə mənzillərə, yaxud istehsal olunan gündəlik qida məhsullarına tələbatın gündən-günə artması artıq işbazların da dövriyyəyə girməsinə səbəb olur. Təbii ki, istehsal olunan məhsula tələbat artacaqsa, bu zaman sahibkar məhsulları daha baha qiymətə təklif etməklə daha çox qazanc əldə etməyə çalışacaq". 


Sizin Reklam Yeriniz