Əlaqə Arxiv
news Image
2014.04.02
18:53
| A A A
Tikinti materiallarının mövsüm bahalaşması başlandı
Ramil Osmanlı: «Mövsümlə əlaqədar son zamanlar tikinti materiallarının qiymətində müəyyən qədər artım müşahidə olunur» Nüsrət İbrahimov: «Mövsümlə əlaqəli artan tələbat hər zaman qiymətlərə təsir göstərir»

Ənənəvi olaraq yaz-yay aylarında fərdi evlərin tikintisi artır. Bu da birbaşa olaraq tikinti materiallarına tələbatın artmasını şərtləndirir. Sonuncu hal isə öz növbəsində tikinti materiallarının qiymətini artırır.  

 "Əmlak Bazarı İştirakçılar" İB-nin icraçı direktoru Ramil Osmanlı Mövqe.az saytına verdiyi açıqlamada bildirib ki, ümumiyyətlə, mövsümlə əlaqədar son zamanlar tikinti materiallarının qiymətində müəyyən qədər artım müşahidə olunur. Bu, bazar üçün  xarakterik bir haldır. Digər tərəfdən 2 ay əvvəl yükdaşımalarla bağlı qaydalar daha da sərtləşdirildi. Bununla bağlı olaraq xüsusən daxili istehsala aid olan və daşınması bilavasitə nəqliyyat vasitələri ilə həyata keçirilən bəzi tikinti materiallarınn qiymətində ciddi artımlar müşahidə olunub. Məsələn, mişar daşında, çınqıl və s. tipli tikinti materiallarının qiymətində artımlar müşahidə olundu. Buna görə də mövsümlə  əlaqədar fərdi evlərin tikintisinin artması həmin anoloji tikinti materiallarının qiymətində kəskin artıma səbəb olmayacaq. Sadəcə, cüzi şəkildə artım müşahidə oluna bilər". 

Ekspertə görə, ciddi qiymət artımı gözlənilməsə də, bir sıra idxal tipli materialların bahalaşması baş verə bilər: "Amma proqnozlara görə, dəmir məmulatlarının qiymətlərində müəyyən qədər artımlar müşahidə olunacaq. Eyni zamanda artıq dam örtüklərinin, bəzi plastik boruların və s. bu qəbildən olan xüsusən idxal tipli məhsulların qiymətinin artımı da müşahidə olunmağa başlayıb. Taxtanın qiymətində isə qiymət artımı əsasən iyun-iyul aylarında baş verir. Bu da daha çox emal prosesindəki fərqlərilə bağlı ortaya çıxan bir məsələdir. Bu zaman təxmini 5-10%-a qədər qiymət artımından söhbət gedir".   

"MBA LTD"şirkətinin rəhbəri Nüsrət İbrahimov Movqe.az-a açıqlamasında tikinti  bazarında bahalaşmanın gözlənilən olduğunu deyib: "Təcrübəyə istinadən, mövsümlə əlaqəli artan bu tələbat hər zaman qiymətlərə təsir göstərir. Xüsusən də taxta materiallarında qiymət artımı müşahidə olunur. Belə ki, hər il aprel-may aylarında taxta qiymətlərində 20-22% artım müşahidə olunur. Digər tikinti materiallarından da, kərpic, mişar daşı, şebel və s. materiallarda da az da olsa bahalaşma müşahidə olunur. Hal-hazırda artım müşahidə olunamasa da, aprelin sonu, may aylarında müəyyən qiymət fərqi müşahidə olunacaq".




Sizin Reklam Yeriniz