Əlaqə Arxiv
news Image
2014.04.04
10:17
| A A A
Aİ-95 və Aİ-98 marakı benzinin Aİ-92-dən ucuz satıla bilər
Vüqar Bayramov: “Aİ-95 və Aİ-98 növ benzinlərin qiymətində artımlar da, azalmalar da ola bilər” İlham Şaban: “Bu işdə rəqabət güclü olsa, bazarda müxtəlif qiymətlər görə biləcəyik” İlham Şaban: “Bu işdə rəqabət güclü olsa, bazarda müxtəlif qiymətlər görə biləcəyik”

Son zamanlar neft məhsullarının istehsalı, idxal-ixracı və qiymətləri istiqamətində edilən dəyişikliklər maraqlı nüansı orta çıxarıb. Belə ki, Aİ-98 ilə bərabər bundan sonra Aİ-95 marakı benzinin də idxal edilməsi onların qiymətinin Tarif Şurası yox, bazaar tərəfindən müəyyən edilməsi ilə nəticələnəəcək. 95 və 98 markalı benzin sərbəst qiymətlə satılacaq. Hesab edilir ki, bu marka benzinlərin gətrilməsi özəl şirkətlərə həvalə olunsa, onda ciddi rəqabət yaranacaq. Yəni, qiymətləri rəqabət formalaşdıracaq. Rəqabət isə həmin növ benzinin qiymətinin indikindən fərqlənəcəyi deməkdir. Bu fonda hətta 95 oktanlı benzinin qiymətinin Aİ-92 markalı benzinin qiymətindən aşağı düşmə ehtimalı var. Ancaq idxal xərclərinə görə qiymətlərin çoxalacağı da istisna edilmir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Aİ-95 və Aİ-98 markalı benzinlərin idxal edilməsi onların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməməsi deməkdir: "Bu benzinlərin qiyməti idxal xərcindən asılı olaraq müəyyənləşəcək. Artıq qiymət həmin məhsulların xərcinə uyğun olaraq müəyyənləşdiyi üçün burada rəqabətdən daha çox dünya bazarında neftin qiymətinin necə dəyişməsi əsas rol oynayacaq. Çünki, praktiki olaraq, burada qiyməti rəqabət müəyyənləşdirməyəcək. Benzinin qiymətləri xarici ölkələrdə belə standartlarla müəyyən olunur. Ona görə də pərakəndə satış qiymətlərində hansı sahibkarın onu gətirməsi ciddi rol oynamayacaq. Çünki, burada mənfəət norması adətən marjinaldır. Sahibkarların manevr imkanları məhduddur. Aİ-95 və Aİ-98 markalı benzin bir mənbədən – Rumıniyadan idxal olunacaq. Qiymətin formalaşmasında rəqabət ciddi rol oynamayacaq. Əgər dünya bazarında neftin qiymətində azalmalar olacaqsa, Aİ-95 və Aİ-98 markalı benzinlərin də qiyməti aşağı düşəcək. Aİ-92 markalı benzinin qiymətinin Tarif Şurası tərəfindən müəyyənləşdirilməsinə rəğmən, gələcəkdə dünya bazarında neftin qiymətində azalmalar olarsa, hətta Aİ-95 benzinin qiyməti Aİ-92 markalı benzinin qiymətindən aşağı düşə bilər. Çünki, Aİ-92 markalı benzinin dünya bazarındakı qiymət artımları ilə hansısa əlaqəsi yoxdur. Odur ki, gələcəkdə Aİ-95 və Aİ-98 növ benzinlərin qiymətində artımlar da, azalmalar da ola bilər".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinə tələbat yoxdur: "Gələcəkdə Qaradağda neft-kimya kompleksi tikiləcək. Onda artıq idxal tamamilə dayanacaq. Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti aşağı düşə bilməz. Bizdə Aİ-95 markalı benzinin qiyməti 80 qəpikdir. İdxal olunacaqsa, qiyməti artacaq. Bizdə olan Aİ-95 markalı benzin real Aİ-95 tərkibli deyil. Aşqarlar qatmaqla onun oktan dərəcəsi artırılırdı. Ancaq idxal ediləcək Aİ-95 markalı benzin isə real Aİ-95 olacaq. Təbii ki, onun qiyməti baha olmalıdır. Aİ-98-in qiymətin də artım olacaq. Digər tərəfdən onlar bir yox, müxtəlif ölkələrdən gələcək. Ruminiyanın yanında Bolqarıstan da var. Məsələn, Türkiyə Bolqarıstanda benzin alır. Çünki, məsafə baxımından yaxındır. Gürcüstanın özü az da olsa, Rusiyadan benzin alır. Hətta Yunanıstandan da dizel Gürcüstana gəlir. Azərbaycana isə benzin Türkimənistandan gələ bilər. Çünki, Xəzər regionunda ən müasir neftayırma zavodu məhz Türkmənistandadır. Ancaq əgər bu işdə rəqabət güclü olsa, bazarda müxtəlif qiymətlər görə biləcəyik. İdxal ediləcək benzinin qiyməti həm də dünya bazarındakı neftin qiymətində asılı olacaq. Çünki, neftayırma zavodlarının benzini hansı qiymətə alsalar da, adətən həftədə bir dəfə qiyməti dəyişirlər. Onun əsasında da hesablama gedir. Ona görə həmişə qiymət dəyişir. Bu da bazarda normal qəbul edilir. Ancaq bazarda bazar elemeti mütləq olmalıdır".

Sizin Reklam Yeriniz