Əlaqə Arxiv
news Image
2014.04.13
13:07
| A A A
Davudoğlu Yaponiyada Azərbaycan təbii qazından danışdı
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Yaponiyada Azərbaycan təbii qazının idxalından söhbət açıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Davudoğlu çıxışı zamanı Türkiyənin enerji sahəsində problemlərinin olduğunu deyib. O, qeyd edib ki, dünyada iqtisadi böhranların olmasına baxmayaraq Türkiyənin qarşısında duran əsas vəzifə enerji idxalındakı çatışmazlıqları aradan qaldırmaqdır: 

"Nabukkodan sonra TANAP (Trans Anadolu Təbii Qaz Boru Xətti) və TAP (Trans Adriyatik Təbii Qaz Boru Xətti) layihələri də bu istiqamətdə yaradılıb. Azərbaycan ilə inkişaf etdirdiyimiz enerji siyasətindən başqa son vaxtlar Şimali İraqla da bu istiqamətdə müəyyən addımlar atırıq. Dünyada baş verən bütün iqtisadi böhranlara baxmayaraq Türkiyə enerji siyasətini davamlı olaraq həyata keçirir".
Sizin Reklam Yeriniz