Əlaqə Arxiv
news Image
2014.04.18
08:38
| A A A
Kənd təsərrüfatı sahəsində inqilabi dəyişikliklər başlanır
Vüqar Bayramov: “Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalının planlaşdırılmasını həyata keçirməlidir” Nizami Qarayev: “Əsas məsələlərdən biri bu gün dövlət qurumu kimi xidmət göstərən təşkilatların özəlləşdirilməsidir”

Məlumdur ki, ölkə Prezidenti İlham Əliyev aqrar sahə ilə bağlı yeni fərman verdi. Fərman aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirləri əhatə edir. Bundan öncə isə prezident "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalamışdı. Burada isə "fermer mağazaları" və "yaşıl marketlər" şəbəkələrinin lahiyəsi də yer alırdı. Ekspertlər fikrincə, aqrar sahə üzrə verilən bu ardıcıl qərarlar həmin sahənin qısa zaman ərzində kəskin dirçəlməsinə şərait yaradacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov fərmanı şərh edərək bildirdi ki, sənədə görə, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılması nəzərdə tutulur: "Məqsəd, nazirliyinin yerli aqrar məsələlərə müdaxilə və nəzarət imkanlarını artırmaqdır. Nazirliyinin strukturunun genişləndirilməsi sadəcə bölgələrdə aqrar siyasətinin həyata keçirilməsi, eyni zamanda fermerlərə birbaşa məsləhətlərin o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalının öncədən planlaşdırılması üzərində qurulmalıdır. Kənd Təsərrüfatı Nazirliyi yalnız aqrar siyasət həyata keçirməməlidir. Eyni zamanda yerli şöbələr fermerlərə birbaşa məsləhətlərin verilməsi və ölkənin tələbatını, ixrac potensialının nəzərə almaqla məhsul istehsalının planlaşdırılmasını həyata keçirməlidir.

Fərmanda diqqəti çəkən əsas məqamlardan biri Azərbaycanda aqroparkların yaradılmasıdır. Aqroparklar üçün də ən əlverişli bölgələr Gəncə və Gəncəətrafı bölgələr, Lənkəran və Xızı və Xaçmaz rayonları hesab edilir. Kadr çatışmazlığı ilə yanaşı, sərmayələr məsələsinin də həll edilməsinə ehtiyac var".

Ekspert əlavə etdi ki, sənəd fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsini də nəzərdə tutur: "Burada da əsas məqsəd, dövlət xərclərinə qəanət etməklə yanaşı, sözügedən sektorda bazar münasibətlərini genişləndirməkdən ibarət olmalıdır. Sənədin ən mühüm tərəflərdən biri xarici investorlar ilə birlikdə ölkəmizdə kənd təsərrüfatı texnika və avadanlıqlarının istehsalının həyata keçirilməsidir. Əslində, bu sahədə yerli istehsalın formalaşdırılması olduqca vacibdir. Çünki, bu sözügedən istiqamətdə idxaldan asılığı aradan qaldırmaqla yanaşı, eyni zamanda yeni iş yerlərinin yaradılmasına nail olmağa imkan verər.

Eyni zamanda sənəd "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin və antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlanmasını nəzərdə tutur. Kənd təsərrüfatı kooperasiyaların yaradılması sərmayənin birləşdiriməsi, investisiya və ixrac imkanlarının genişləndirilməsi baxımdan əhəmiyyətlidir. Bununla yanaşı, fermerlərin stimullaşdırılması üçün yaradılıcaq kooperasiyalar üçün təşviqedici metodlar kimi vergi güzəştləri və ya dolayı subsidiya mexanizminin tətbiqini həyata keçirmək mümkündür".

Aqrar məsələlər üzrə ekspert Nizami Qarayev qeyd edir ki, Prezidentin bu fərmanı çoxdan gözlənilən fərman idi: "Bu, kənd təsərüfatının bütün sahələrini əhatə edən fərmandır. Fərmanın icrası ilə bağlı hökumətin üzərinə ciddi işlər düşür. Görüləcək işlərin içərisində ilk yer struktur islahatının aparılmasıdır. Yeni strukturun yaradılması qarşıya qoyulub ki, aqrar sahəni yeni inkişaf səviyyəsinə çıxarsın. Fərmanda ən önənli məsələlərdən biri elektron kənd təsərrüfatının yaradılmasıdır. Bu gün ölkədə 870 mindən çox fermer ailə kənd təsərrüfatı var. Fərmanda bunların birləşdirilməsi tələb olunur. Kooperasiya haqqında qanun hazırlanması və kiçik təsərrüfatların kooperasiyalarda birləşdirilməsi üçün tələb var. Digər tərəfdən xırda təsərrüfatların idarəsinin təkmilləşdirilməsi fərmanın əsas mövzularından biridir. Elektron kənd təsərrüfatının yaradılması xırda təsərrüfatların uçotunu aparmaq, onları qruplaşdırmaq baxımından ciddi töhfə verəcək. Fərmanda əsas məsələlərdən biri bu gün dövlət qurumu kimi xidmət göstərən təşkilatların özəlləşdirilməsidir. Bu xidmətin keyfiyyətinin yaxşı olmasına gətirib çıxaracaq. Fərmanda "Aqrolizinq"lə bağlı da maddə var. Fərman həmçinin, aqrar sahənin kadr potensialının güclənlənməsinə xüsusi önəm verilib. Fərman uğurla yerinə yetirilsə, 6 aydan sonra Azərbaycanda kənd təsərrüfatı yeni inkişaf səviyyəsi qazanacaq. Bu da ölkənin əhalisinin çox böyük hissəsini əhatə edəcək. Çünki, ölkə əhalisinin 38%- i kənd təsərrüfatı ilə məşğuldur".

Sizin Reklam Yeriniz