Əlaqə Arxiv
news Image
2014.04.19
12:03
| A A A
ABŞ Dövlət Katibinin müavini Azərbaycana səfər edib
Enerji Resursları Bürosunda İcra üzrə ABŞ Dövlət Katibi Köməkçisinin Müavini Culia Neşevat bərpa olunan enerji resursları sahəsində fəaliyyətləri müzakirə etmək və əməkdaşlıq üçün potensial sahələri müəyyən etmək məqsədilə bu həftəsonu Azərbaycana səfər edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , ABŞ-ın Azərbaycandakı səfirlinyindən ANS PRESS-ə verilən məlumata görə, səfir Riçard Morninqstar və Dövlət Katibi Köməkçisinin müavini xanım Neşevat Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) ilə görüş keçirib.

Daha sonra xanım Neşevat Balaxanıdakı Tullantıların İdarə Olunması zavoduna, o cümlədən Tullantıların Enerjiyə Çevrilməsi zavodunda olub

"Azərbaycanın alternativ və bərpa olunan enerji resursları sahəsində əldə etdiyi irəliləyişi görmək məni çox sevindirdi. Azərbaycan neft və qaz olkəsi kimi tanınır, lakin biz Azərbaycanı həm də alternativ enerji resursları ölkəsi kimi tanımalıyıq. Azərbaycan təmiz enerji sahəsində böyük irəliləyişə nail olmuşdur və biz Azərbaycanla bu sahədə güclü tərəfdaşlığın qurulmasını səbrsizliklə gözləyirik".
Sizin Reklam Yeriniz