Əlaqə Arxiv
news Image
2014.04.28
19:49
| A A A
“Azərbaycanın yaşıl xəzinəsi” açılacaq

Mayın 2-də AMEA-nın əsas binasında AMEA Botanika İnstitutu, Fribourg Təbiət Tarix Muzeyi (İsveçrə), Botanika Bağlarının Beynəlxalq Mühafizəsi (BGCI, Birləşmiş Krallıq) və NG Tornay Dizayn Kompaniyasının (İsveçrə) təşkilatçılığı ilə "Azərbaycanın yaşıl xəzinəsi" mövzusunda sərginin açılışı keçiriləcək. Movqe.az-ın xəbərinə görə, sərgidə Azərbaycanın Hirkan meşələrinin əsas on klassik relikt ağac növünün yayılma əraziləri haqqında məlumat zənginliyi ilə yanaşı, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr silsiləsi də nümayiş etdiriləcək.Tədbirdə 6 ölkənin (İsveçrə, Böyük Britaniya, İtaliya, Yunanıstan, Gürcüstan, Cin) 15-ə qədər nümayəndə heyəti və Azərbaycanda fəaliyyət göstərən bir sıra aparıcı Avropa dövlətlərinin səfirlik nümayəndələri iştirak edəcək. Açılış Mərasimində həmçinin H. Əliyev Mərkəzinin, bir sıra Dövlət təşkilatları və nazirliklərin nümayəndələri, AMEA Rəyasət Heyəti və Bölmə üzvləri, müvafiq institutların rəhbərliklərinin iştirakı gözlənilir.Tədbiri AMEA-nın prezidenti akademik Akif Əlizadə və İsveçrənin Azərbaycandakı səlahiyyətli səfiri cənab Pascal Aebischer giriş sözü ilə açacaq. Qonaqları həmçinin AMEA Botanika İnstitutunun direktoru professor Validə Əli-zadə və Fribourg Təbiət Tarix Muzeyinin botanika kolleksiyasının rəhbəri professor Gregor Kozlovski salamlayacaq və qısa məruzələrlə çıxış edəcəklər.

Qeyd edək ki, sərgi AMEA Botanika İnstitutu və Fribourg Təbiət Tarix Muzeyinin müştərək layihəsi çərçivəsində həyata keçirilir. İkitərəfli müqavilə üzrə Sərgi üçün İsverçrədən Azərbaycana gətirilmiş bütün avadanlıq və ləvazimatlar AMEA Botanika İnstitutuna hədiyyə edilir və bir il müddətində İnstitutda yeni yaradılan Botanika Muzeyində nümayiş etdiriləcək.

Sizin Reklam Yeriniz