Əlaqə Arxiv
news Image
2014.05.29
13:00
| A A A
Kənd təsərrüfatı məhsullarının xaricə satışı çoxalır
Murtuzəli Hacıyev: «Azərbaycan öz məhsulları hesabına daxili tələbatı tam ödəyir»

Rusiya hər zaman Azərbaycan kənd təsərrüfatı məhsulları üçün geniş bazarlardan biri olub. Son vaxtlar mövsümi amillərlə əlaqədar olaraq şimal qonşumuzda Azərbaycan məhsullarına tələbat artıb. Bu ölkənin ixrac qabiliyyətinin artması baxımından müsbət hal olsa belə, məsələnin bir tərəfi də var ki, bu gün Azərbaycanda bəzi kateqoriyalar üzrə yerli məhsulla daxili tələbat tam ödənə bilmir. Bunun nəticəsidir ki, bazarlarda hələ də idxal olunmuş məhsulların xüsusi çəkisi var. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Movqe.az-a açıqlamasında məsələyə münasibət bildirib. O, ekspertlərin qənaətləri əsasında gündəmə gətirdiyimiz bu məsələnin tam əksi olan bir vəziyyətin hökm sürdüyünü bildirir.

Murtuzəli Hacıyev qeyd edib ki, Azərbaycan öz məhsulları hesabına daxili tələbatı tam ödəyir. Digər ölkələrə ixrac isə, dövlətin bu sahəyə diqqətinin nəticəsidir: "Bu gün biz bir çox meyvə-tərəvəz məhsullarını, bostan məhsullarından məsələn, faraş kartofu, istərsə də emal sənayesinin məhsullarını təkcə Rusiyaya yox, dünyanın bir çox ölkəsinə ixrac edirik. Azərbaycan aqrar sənayedə 100-dən artıq ölkədə idxal-ixrac əməliyyatı aparır. Və ildən-ilə bu potensial artır. Bu da dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının sayəsindədir. Bildiyiniz kimi, 2008-2015-ci illəri əhaət edən ərzaq məhsullarının etibarlı təminatına aid dövlət proqramı var. Bu proqramda istər bitkiçilik, istərsə də heyvandarlıq sahəsində və emal sənayesində əsas hədəflər müəyyənləşdirilib. Bu hədəflər ondan ibarətdir ki, Azərbaycan istehsal etdiyi daxili məhsullar hesabına əhalinin tələbatı tam ödənilsin. Artıq bir sıra sahələrdə biz buna nail olmuşuq. Xüsusən də tərəvəzçilik sahəsində. Məsələn, kartof istehsalı ilə biz həm daxili tələbatı ödəyirik, həm də ixrac edirik. Bostan, tərəvəz bitkiləri haqda da eyni şeyi demək olar. Xüsusən də söhbət faraş tərəvəzdən gedir. Bu məhsullar daxili bazarda satıldığı kimi, xarici bazara da çıxır ki, bu da çox təbiidir".


Sizin Reklam Yeriniz