Əlaqə Arxiv
news Image
2014.06.04
10:57
| A A A
Maşın bazarı köhnə avtomobillərdən təmizlənir
Məzahir Rüstəmov: «Bu nəticə aprel ayından sonra özünü göstərməli idi» Natiq Ələkbərov: «Əgər köhnə avtomobilə alıcının da marağı yoxdursa, onda onun qiyməti də artmayacaq»

Məlum qadağalarla əlaqədar  avtomobil bazarında köhnə maşınların sayı azalmaqda davam edir. Bu prossesin həmin avtomobillərin qiymətinə təsir edəcəyi, bahalaşmanın müşahidə olunacağı barədə isə səslənən fikirlər səngimir. əsələ ilə bağlı ekspertlər Movqe.az-a fikirlərini bildiriblər. 

Nəqliyyatçıların hüquqi problemlərinə yardım ictami birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov səslənən fikirlərlə razılaşmır. O, Mövqeöaz saytına verdiyi açıqlamada bildirib: "Araşdırmalarımıza görə, bu nəticə aprel ayından sonra özünü göstərməli idi. Amma o qədər də yüksək qiymət artımı müşahidə olunmadı. Səbəb isə odur ki, bunun qarşısını alan amillər var. Birinci məsələ ölkədə yanacaq qiymətlərinin artmasıdır. Nəzərə alanda ki, əhalinin aztəminatlı təbəqəsinin belə olan halda alıcılıq qabiliyyəti aşağı düşür,  bu da belə  köhnə maşınların özünə bazarda tələbatın artmamasına gətirib çıxarıb. Ona görə də, düşünürük ki, yanacaq qiymətləri artdıqca maşınların istifadəsi də çətinləşir. Beləliklə, yanacağın qiymətinin artırılması bazarda köhnə maşınların qiymətinin artmasının bir növ qarşısını alır. İkinci bir arqument kimi, lizinq yolu ilə satışı göstərmək olar. Uzunmüddətli oldğuna görə, faktlar da göstərir ki, son vaxtlar lizinqə  maraq artıb.

Beləliklə,  köhnə maşınların qiymətinin kəskin artımı gözlənilmir.  Düzdür, müəyyən yüksəlmə ola bilər, amma yüksək fərq olmayacaq. Dediyimiz kimi, yanacaq qiymətlərinin artması və lizinq gözlənilən qiymət artımının qarşısını alır".

Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov isə bildirir ki, bu gün əhali arasında da köhnə maşınlara maraq yoxdur. Maraq olmadığı halda, qiymət artımı da gözlənilmir: "Maşın bazarında köhnə avtomobillər getdikcə  çıx-daş olunur. Köhnə modellər yeni maşınlarla əvəz olunur. Avtomobil istifadəçilərinin özləri də maraqlıdırlar ki, onlar üçün daha rahat, daha təhlükəsiz maşınlar ölkəyə gətirilsin. Buna görə də, son vaxtlar Azərbaycanda avtomobil parkının yenilənməsi sürətlə davam edir. Əgər köhnə avtomobilə alıcının da marağı yoxdursa, onda onun qiyməti də artmayacaq". 


Sizin Reklam Yeriniz